Keniyada hərbi helikopter qəzaya uğrayıb

Keniyada hərbi helikopter qəzaya uğrayıb
 

Keniya Hərbi Hava Qüvvələrinə məxsus helikopter ölkənin şimalında qəzaya uğrayıb.

 Olay barədə Keniya Müdafiə Nazirliyinin nümayəndəsi Zipora Kioko məlumat verib.

“Helikopter “Amani Boni” adlı əməliyyat çərçivəsində havadan müşahidə aparırdı”, - o deyib.

“Garowe” portalının məlumatına görə, helikopterin qəzaya uğraması nəticəsində azı 8 hərbçi ölüb.

Bildirilib ki, helikopter Somali ilə sərhəd yaxınlığında qəzaya uğrayıb.

 

0.017114877700806