Medvedev Paşinyan haqda: Bir gün mənə dedi ki...

Medvedev Paşinyan haqda: Bir gün mənə dedi ki...
 

"Bir gün qardaş ölkədən olan həmkarlarımdan biri mənə dedi: “Yaxşı, mən sənə yad adamam, məni qəbul etməyəcəksən". Mən isə cavab verdim: "Biz tərcümeyi-hal ilə deyil, hərəkətlərlə mühakimə edəcəyik".

Bu fikri Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqram kanalında yazıb.

"Sonra müharibəni uduzdu, amma qəribə bir şəkildə yerində qaldı. Sonra məğlubiyyətə görə Rusiyanı günahlandırmaq qərarına gəldi. Sonra ölkəsinin ərazisinin bir hissəsindən imtina etdi. Sonra NATO ilə flört etmək qərarına gəldi və arvadı cəsarətlə peçenye ilə düşmənlərimizə getdi. Təxmin et, onu hansı aqibət gözləyir...", - deyə o qeyd edib.

 

0.016178131103516