Paşinyan: Xankəndi ilə əlaqə qurmaqda problem var

Paşinyan: Xankəndi ilə əlaqə qurmaqda problem var
 

“Bizim Xankəndi ilə əlaqə saxlayırıq. Ancaq ünsiyyətdə bəzi problemlər var”.

Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da canlı yayımda belə deyib.

Paşinyanın sözlərinə görə, Azərbaycan bir neçə istiqamətdən Qarabağa qarşı quru əməliyyata başlayıb.

“Azərbaycanın bu əməliyyata başlanması barədə Rusiyaya rəsmi məlumat verməsi bizi də çaşdırdı. Təbii ki, bu, Azərbaycandan gələn məlumatdır, amma fakt odur ki, biz, ən azı, rusiyalı həmkarlarımızdan bu əməliyyatla bağlı heç bir məlumat almamışıq”.

Mürtəza
Ölkə.Az

 

0.014220952987671