Cehiz aparma istəyi yasa döndü - 7 aylıq körpə və 3 nəfər...

Cehiz aparma istəyi yasa döndü - 7 aylıq körpə və 3 nəfər...
 

Türkiyənin Kilis bölgəsində toydan əvvəl cehiz mərasimi zamanı ov tüfəngi ilə havaya açılan atəş nəticəsində 7 aylıq Bayram Mert Filik həyatını itirib. Körpənin anası da daxil olmaqla 3 yaralının müalicəsi davam edir. Tapançadan atəş açan A.K. saxlanılıb.

Gundem.az xəbər verir ki, Namık Ünlər Paşa Məhəlləsində keçirilən cehiz şənliyi zamanı bir şəxs pompalı ov tüfəngindən havaya atəş açıb.

Tüfəngdən çıxan qranullar hadisə yerində olan Zeliha Filik (31), uşaq arabasında yatan 7 aylıq Bayram Mert Filik, Hatice Qeyyaz (11) və yaxını İkra Fatma Qeyyaza (5) dəyib.

Yaralılardan 4-ü sağlamlıq qrupları tərəfindən Prof. Dr. Alaeddin Yavaşca Dövlət Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğu üçün Qazintep Tibb Fakültəsi Xəstəxanasına sövq edilən Bayram Mert bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Tüfəngdən atəş açdığını müəyyən edən A.K. saxlanılıb.

Araşdırma aparılır.

 

0.027006864547729