Direktor Səkinə Sadıqovanın arxasında kim dayanır?
300 minlik Sumqayıt səhiyyəsinə rəhbərlik edən Səkinə Sadıqovanın avtobiqrafiyası barədə ölkə mediasında, hətta Vikipediyada da bir cümlə belə, yoxdur...
Sumqayıt Səhiyyə şöbəsinin sabiq müdiri, hazırda Sumqayıt Tibbi Mərkəzin ( Publik Hüquqi Şəxs ) direktoru Səkinə Sadıqova barəsində bir ilə yaxındır ki, yazırıq. Amma bu qədər yazıya cavab vermək lazımdır, lakin TƏBİB susur, susmaq da razılıq əlamətidir, deməli, direktor xanım bildiyini işlədir!..
Qeyd edək ki, Səkinə Sadıqova bir neçə il əvvəl, Sumqayıt şəhər səhiyyəsinə ümumi rəhbərlik edib. Amma TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) yaranandan sonra xeyli sayda xəstəxanalar, klinikalar, təcili yardım stansiyaları birləşdirilərək Tibbi Mərkəzlər yaradılın. Məsələn, 300 min əhalisi olan Sumqayıt şəhərində əhaliyə qulluq edən bütün tibbi müəssisələr birləşdirildi və Sumqayıt Tibbi Mərkəzi ( PHŞ) yaradıldı.
Oxucuda aydın təsəvvür yaranması üçün qeyd edək ki, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla, 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb. Səkinə Sadıqova Mərkəzə direktor təyin olub.
Təsəvvür edirsiniz, Səkinə Sadıqova 300 min əhalisi olan Sumqayıt şəhərinin səhiyyəsinə rəhbərlik edir və tabeçiliyində 7 Sağlamlıq Mərkəzi, 18 tibb müəssisəsi, Təcili Yardım və s. İndi özünüz Səkinə Sadıqovanın yığdığı rüşvətin qədərini təsəvvür edin.
Baxın, belə də tibb müəssisəsi olar? 300 min əhaliyə tibbi xidmət göstərən səhiyyəyə rəhbərlik edən direktorun barəsində adi primitiv məlumat almaq mümkün deyil! tərcümeyi-halı, avtobioqrafiyası barəsində ölkə mediasında, hətta Vikipediyada bir cümlə belə, tapa bilməzsən. İndi sualları Səkinə Sadıqovanın özünə ünvanlayırıq. Xanım Səkinə Sadıqova, sən neçənci ildə və harada anadan olmusan, orta məktəbi neçənci ildə harada bitirmisən, neçənci ildə hansı ali məktəbə daxil olmusan, həmin ali məktəbi hansı fakültəsini neçənci ildə bitirmisən və ixtisasınız nədir?
Səkinə Sadıqova, ali məktəbi bitirdikdan sonra harada işləmisən və 300 minlik Sumqayıt səhiyyəsinə sən göydən zənbillə düşə bilməzdin axı…
Deməli, səni bura qədər gətirənlər var… Yaxın zamanda bu suallara cavab tapmağa çalışacağıq.
İndi isə keçək Səkinə Sadıqovanın əməllərinə…
Fikir verdinizsə, yazının başlığında SS (Səkinə Sadıqova) işarəsini elə-belə yazmamışam, yəqin işarədən anladınız ki, SS–insanlara qarşı amansız nifrət bəsləyən faşistlərin emblemidir və "məhv etmək" anlamı daşıyır…
Əziz oxucular, indi deyəcəyim işdən özünüz nəticə çıxardın. Xanım Səkinə Sadıqova direktor kimi tabeçiliyində olan Təcili Yardım Stansiaysının sürücülərinə deyib ki, maşına benzini, ehtiyyat hissələrini özünüz cibinizin pulu ilə alacaqsınız...
Buna görə də çağırışa gedəm təcili tibbi yardım maşınları gecikir, xəstənin üstünə yetişənə qədər xəstə dünyasını dəyişir! Səkinə Sadıqova da təcili tibbi yardım maşınlsrının benzinini və ehtiyyat hissələrini satıb, belinə yüz minlik kəmər taxıb….
Səkinə Sadıqova xəstələrin pulsuz müalicə alması üçün dövlətin pulsuz verdiyi dərmanları, qida və ərzaq məhsullarını satır, milyonlar qazanır və keyf edir…
İndi özünüz deyin, xəstənin yeməyini, dərmanını satan adam SS-dir, yoxsa, yox? Hələ bu harasıdır? Ardına baxın, Səkinə Sadıqova heç bir təhsili olmayan, uzun illər toyda-vayda aşpazlıq edən, sonradan Gürcüstandan saxta diplom alan Elnarə Arif qızı Məmmədova adlı birisini Sumqayıt Tibb Mərkəzinin Kadrlar şöbəsinə müdir təyin edib. Biz Elnarənin diplomunun saxta olduğunu dəqiqliklə bilirik, bu diplom yoxlanılmalıdır, amma tələb edirik ki, Səkinə Sadıqovanın özünün də diplomunun saxta və ya təmiz olmasına aydınlıq gətirilsin!..
Eyni zamanda onu da qeyd edək ki, “Sumqayıt Tibb Mərkəzin”də baş verən qanunsuzluqlarla bağlı Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı xəbərdə deyilir ki, “Sumqayıt Tibb Mərkəzi” (PHŞ) tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunması sahəsində qanunvericiliyin tələblərinin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Sumqayıt Tibb Mərkəzi”ndə araşdırma aparır...
Aparılmış araşdırma ilə qeyd olunan publik hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən Dövlət Tibb Mərkəzində cari təmir işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaiti təyinatı üzrə xərclənməyib və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıqova barəsində cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır...
Tanış olun, yoxlama zamanı Səkinə Sadıqovanın 3 milyondan çox pulu mənimsədiyi üzə çıxıb. Səkinə Sadıqova tabeliyində olan bütün tibb müəssisələrinin rəhbərlərinə deyib ki, bu pulu mən tək yeməmişəm, sizinlə bölmüşəm!..
Deməli Səkinə Sadıqova 2021-2022-ci illərdə saxta tenderlər keçirib və yüz minlərlə pulu mənimsəyib və hər kəsə də deyir ki, dalımda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və müavini Araz Nəsirov dayanıb. Hətta, Səkinə Sadıqova bildirir ki, nə qədər ki, Araz Nəsirov TƏBİB-də müavin işləyir, məni də direktor vəzifəsindən heç kim çıxara bilməz. Nə qədər Araz Nəsirov var, mən də direktor olacam!..
Qeyd edək ki, Araz Nəsirov 2018-2022-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub, hazırda TƏBİB-in icraçı direktorunun müavinidir.
Sözün qısası, Sumqayıt şəhər səhiyyəsinin başına oyunlar açan Səkinə Sadıqova Araz Nəsirova arxan olaraq, cinayətlər törətməkdə davam edir və tədricən Kürdəxanı türməsinə yaxınlaşır. Biz yazıb pis yolda olduğunu başa saldıq, ayrı əimizdən nə gəlir ki?!
Allah qüvvət versin, Səkinə Sadıqova. (Gündəlik-Bakı.com)
Paralel.az