NATO-dan ETİRAF: Ukraynanın tələbləri...

NATO-dan ETİRAF: Ukraynanın tələbləri...
 
NATO Hərbi Komitəsinin sədri, Hollandiya Hərbi Dəniz Qüvvələrinin admiralı Rob Bauer şənbə günü bildirib ki, Ukraynanın tələb etdiyi hərbi yardımın həcmi alyans ölkələrinin istehsal imkanlarını üstələyir.
 
APA xəbər verir ki, o, bu, Osloda NATO Qərargah Rəislərinin illik konfransı çərçivəsində keçirilən mətbuat konfransında bildirilib.
 
"Ukraynanın tələb etdiyi silah və sursatların həcmi çox böyükdür. İstifadə olunan silahların miqyası və həcmi bizim NATO ölkələrinin istehsal imkanlarını üstələyir" – sədr deyib.
 
Bauer həmçinin Kiyevin ehtiyaclarını qarşılayan əlavə amil kimi ittifaq ölkələrinin yardım həcmini təyin edərkən öz milli və regional təhlükəsizlik risklərini nəzərə almasının vacibliyinə işarə edərək, onları müdafiə istehsalı potensialının artırılmasında problemlərin həllini sürətləndirməyə çağırıb.
 
O qeyd edib ki, NATO-da Ukraynaya hərbi yardımın həcmi ilə yeni hərbi sifarişlər arasında balans yoxdur.

 

0.017503023147583