Toya 7 min qonaq qatıldı: verilən hədiyyələr gündəm oldu - VİDEO/FOTO

Toya 7 min qonaq qatıldı: verilən hədiyyələr gündəm oldu - VİDEO/FOTO
 

Türkiyənin Şırnak kəndində Gevdan tayfasına mənsub bələdiyyə sədri Həbib Aşanın oğlunun toyunda verilən hədiyyələr və yığılan məbləğ gündəm olub. 

Ölkə.Az Türkiyə mediasına istinadla xəbər verir ki, möhtəşəm toyda bəyə 5 milyon TL (təx. 315 669 AZN) dəyərində zinət əşyaları, gəlinə isə 1 kilo qızıl hədiyyə edilib.

2 gün 2 gecə davam edən toy mərasiminə 7 min qonaq qatılıb. Toya 3 milyon TL (təx. 189 401 AZN) pul xərclənib. 113 baş qoyun kəsilib, 2 ton düyü istehlak edilib.

Ölkənin hər yerindən, eləcə də İraq və Belçika kimi ölkələrdən gələn bələdiyyə sədrləri, qəbilə liderləri, iş adamları və çoxlu sayda qonaq Kato dağının yamaclarında halay rəqsi edib. 

Bələdiyyə sədri Həbib Aşanın oğlu Rıdvan Aşan toyda iştirak edən hər kəsə təşəkkür edib.

"Ən xoşbəxt günümüzdə bizi tək qoymayan əziz ağsaqqallarıma təşəkkür edirəm. Bu gözəl günə rəng verən hər kəsə sonsuz təşəkkürü bildirirəm.Təşkilatçıdan aldığımız məlumata görə, 7 min nəfər gəlib. Çox xoşbəxtik”.

Günay

0.014137983322144