Ermənistanda ruslara qarşı “müharibə” elan edilsin - Kabanyan

Ermənistanda ruslara qarşı “müharibə” elan edilsin - Kabanyan
 

"Kremlin gördüyümüz davranışından sonra Rusiya hərbi bazasının Gümrüdə bundan sonra da qalması məsələsini qapalı hesab etmək olar. O, sadəcə olaraq, burada olmamalıdır".

Ölkə.Az xəbər verir ki, bunu erməni siyasi şərhçi Ambratsum Kabanyan deyib.

“Həm də Ukraynada müharibə başlayandan sonra Ermənistana qaçan ruslarla məsələni həll etməliyik. Onlar bizim ölkədə çox qalıblar”, - o deyib.

Kabanyan qeyd edib ki, Tailandda rusiyalı turistlərdən qeyri-qanuni fəaliyyətə görə narazılıq artır: “Yerli sakinlər əmlak qiymətlərinin qalxmasından və rusların iş yerlərini əlindən almasından şikayətlənirlər. Belə ki, yerli sakinlərin şikayətindən sonra polis qayda pozanları həbs etməyə başlayıb. Ölkəmizin də eyni yolla getməsinin vaxtıdır. Axı ruslar bizim üçün eyni problemləri yaradırlar. Və Azərbaycanı dəstəkləyən ölkə vətəndaşları çantalarını yığmağa başlasalar, daha düzgün olar. Ermənistanın Rusiyaya və ruslara cavab verə biləcəyi təkcə bu deyil”.

Miri
Ölkə.Az

 

0.29091310501099