İndoneziyada güclü zəlzələ oldu

İndoneziyada güclü zəlzələ oldu
 

İndoneziyanın Şimali Maluku bölgəsində 6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti açıqlama yayıb.

Zəlzələnin episentrinin Ternate bölgəsindən 38 kilometr şimal-şərqdə olduğu açıqlanıb.

Təxminən 162,5 kilometr dərinlikdə meydana gələn zəlzələdə ilkin məlumatlara görə can və mal itkisi olmayıb.

Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı elan edilməyib.

 

0.014232873916626