Qətiyyətli addım atmağa hazır olmalıyıq - Sülhəddin Əkbər

Qətiyyətli addım atmağa hazır olmalıyıq - Sülhəddin Əkbər
 

“Azərbaycan özü öz gündəliyini müəyyən edib digərlərini buna uyğun hərəkət etməyi diktə etməlidir. Bunun başqa yolu yoxdur”.

Bunu “Ölkə.Az”a açıqlamasında siyasi ekspert Sülhəddin Əkbər deyib.

Onun sözlərinə görə, Azərbaycan təşəbbüsü əlində saxlamalı və əldən verməməlidir. 

“Biz başqalarının hərəkətinə cavab verməməliyik. Qabaqlayıcı tədbirlər görməliyik. Öz yol xəritəmiz olmalıdır və ona uyğun da hərbi, siyasi, diplomatik, informasiya, humanitar, psixoloji sahədə üstünlüyü əldə edib və ona uyğun hərəkət etməliyik”, - o qeyd edib.

S.Əkbər əlavə edib ki, vaxt itirmək olmaz: “Gündəliyi Azərbaycan müəyyən etməli və həmin yol xəritəsinə uyğun hərəkət edib başqalarının qurduğu oyuna düşməməlidir. Biz yaxınlaşan həlledici əlverişli zaman çərçivəsi ehtimalının yüksək olduğunu nəzərə alaraq öz gündəliyimizi, siyasəti, keçirəcəyimiz əməliyyat  vaxtını özümüz  müəyyən etməliyik.  Həmin lazımi həlledici məqamda da qətiyyətli addım atmağa hazır olmalıyıq”.

Mürtəza
Ölkə.Az

 

0.011449813842773