Tədqiqat: ABŞ-da ən böyük litium yatağı aşkar edilib
Elektriklə işləyən avtomobilləri gücləndirən akkumulyatorlar üçün vacin metal olan litium ehtiyatları əldə etmək uğrunda axtarış edən Birləşmiş Ştatlar bu günə qədər dünyanın ən böyük yatağını tapıb.
“Science Advances” jurnalında dərc olunan yeni bir araşdırma, Nevada-Oreqon sərhəddində olan McDermitt Kalderanın vulkanik kraterində 20-40 milyon metrik ton litium ehtiyatı olduğunu təxmin edir.
Bu məlumatlara əsasən, bu kraterdəki ehtiyat təxminən 23 milyon ton Boliviya duz bataqlıqlarında olan litiumdan çoxdir.
Dünyanın ən zəngin litium ehtiyatları adətən duzlu bataqlıqlarda yerləşir. Lakin McDermitt kalderasının litiumları, xüsusən də Nevada ştatının cənub hissəsində, Taker keçidi adlanan ərazidə gillə örtülüdür.
Bu kaldera təqribən 16,4 milyon il əvvəl nəhəng maqma püskürməsindən sonra əmələ gəlib və bu püskürmə nəticəsində çoxlu miqdarda litium və digər metallar səhtə çıxıb. Nəhayət, kalderada bir göl meydana gəlib və bu gün 600 futdan çox dərinlikdə olan litium ilə qarışıq bir çöküntü təbəqəsi yaranıb.