AZTV-dən Ermənistana mesaj süjeti - VİDEO

AZTV-dən Ermənistana mesaj süjeti - VİDEO
 

AzTV Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarından sitatlarla videoçarx hazırlayıb.

Sujetdə dövlət başçısının “Biz nəyi və nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatlarımız artıq böyük nəticələrə gətirib çıxarıb” yer alıb.

Həmçinin Prezidentin bu sözləri diqqətə çatdırılır: “Qarabağ Ermənistandır" deyən Ermənistanın baş naziri, nə oldu, indi demirsən, "Qarabağ Ermənistandır?" Gəl Füzuliyə. Sən orada bizim torpaqlarımızı istismar edirdin. Gəl Cəbrayıla, gəl Hadruta. Gəl başqa azad edilmiş yerlərə. De ki, Qarabağ Ermənistandır. Oturmusan orada - İrəvanda bəyanatlar verirsən. Dünya liderlərinin zəhləsini tökürsən. Zəng etməyəcəyin adam qalmayıb. Niyə "Qarabağ Ermənistandır" demirsən? Qorxursan! Qorxacaqsan! Bəs Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır, nöqtə” deyəndə, niyə belə cəsarətli idin? Kimə güvənirdin? Kimə arxalanırdın?”

Video Prezident İlham Əliyevin “Bilmirdinmi ki, gün gələcək, əməllərinə görə cavab verəcəksən? Və bu gün gəlib” sözləri ilə yekunlaşıb.

 

0.02209997177124