AVRO-2024: İspaniya və Xorvatiya darmadağınla qalib gəliblər, Türkiyə yığması heç-heçə edib

AVRO-2024: İspaniya və Xorvatiya darmadağınla qalib gəliblər, Türkiyə yığması heç-heçə edib
 

AVRO-2024-ün seçmə mərhələsində V turun oyunları davam edir.

 Bu gün daha üç qrupda 7 görüş keçirilib.

A qrupunun favoritləri Şotlandiya və İspaniya səfər matçında böyükhesablı qələbə qazanıblar.

D qrupunun iştirakçılarından Xorvatiya öz meydanında Latviyanı darmadağın edib. Türkiyə yığması isə Ermənistanla heç-heçə edib.

Günün mərkəzi qarşılaşması Bratislavada təşkil keçirilib. Slovakiyaya səfərdə qalib gələn Portuqaliya millisi maksimum nəticə ilə J qrupunda liderliyini bir qədər də möhkəmlədib.

AVRO-2024-ün seçmə mərhələsi
8 sentyabr

A qrupu
Gürcüstan – İspaniya – 1:7
Kipr – Şotlandiya – 0:3
Xal durumu: Şotlandiya - 15 (5 oyun), İspaniya – 6 (3), Norveç – 4 (4), Gürcüstan – 4 (4), Kipr – 0 (4)

D qrupu
Türkiyə - Ermənistan – 1:1
Xorvatiya – Latviya – 5:0
Xal durumu: Türkiyə - 10 (5 oyun), Xorvatiya – 7 (3), Ermənistan – 7 (4), Uels – 4 (4), Latviya – 0 (4)

J qrupu
Slovakiya – Portuqaliya – 0:1
Bosniya və Herseqovina – Lixtenşteyn – 2:1
Lüksemburq – İslandiya – 3:1
Xal durumu: Portuqaliya - 15 (5 oyun), Slovakiya – 10 (5), Lüksemburq – 10 (5), Bosniya və Herseqovina – 6 (5), İslandiya – 3 (5), Lixtenşteyn – 0 (5)

 

0.015477895736694