BDU-nun 2 saylı korpusu nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA

BDU-nun 2 saylı korpusu nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
 

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir. 

Universitetdən verilən məlumata görə, binanın zirzəmisindən damına qədər bütün mərtəbələri, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulub, bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənib. Geniş auditoriyalar proyektor, kondisioner və mebellərlə təchiz olunub. Qazanxana və drenaj sistemi yenilənib. 

Korpusda təhsilalanların dərsdənkənar və asudə vaxtlarının keçirilməsi üçün də xüsusi şərait yaradılıb. Korpusun həyətində xüsusi abadlıq işləri həyata keçirilib. 
Ən müasir standartlara cavab verən korpus yeni tədris ilindən müəllim və tələbələrin ixtiyarına veriləcək. Əsaslı təmir işləri mərhələli şəkildə BDU-nun digər tədris korpuslarında da davam etdiriləcək.

 

0.020576953887939