Hansı ixtisasların təhsil müddəti 3 il ola bilər? - Nazir

Hansı ixtisasların təhsil müddəti 3 il ola bilər? - Nazir
 

"Bəzi ixtisaslarda təhsilin müddəti 4 ildən 3 ilə endirilə bilər. Bura əsasən, turizm, kommersiya3 və İT ixtisasları daxildir. Bizim təhlillərimiz davam edir və müəyyən hesablamalarımız da var".

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinqdə deyib. O bildirib ki, hazırda ali təhsil müəssisələri ilə müzakirə aparaılır:

"Biz bunu etsək, nə baş verər sualının cavabını bilirik. Amma hazırda ali təhsil müəssisələri ilə müzakirə edirik. Bunu yəqin pilot səviyyədə növbəti ilərdə edə bilərik. Hazırda bu təhlil səviyyəsindədir".

 

 

0.017757177352905