Dosent 52 yaşında vəfat etdi 

Dosent 52 yaşında vəfat etdi 
 

Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti Nigar Zeynalova uzunsürən xəstəlikdən sonra 52 yaşında vəfat edib.

Bu barədə AzTU-dan məlumat yayılıb.

Nigar Zeynalova 1992-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Avtomatika və hesablama texnikası fakültəsini bitirib. 1992-ci ildən universitetdə müxtəlif vəzifələrdə çalışıb.

O, çoxsaylı metodik vəsait və fənn proqramının müəllifi idi.

 

0.023582935333252