...Qabqda gedənlərin böyük əksəriyyəti sovetlərdən qalmadır - Sadiq Qarayev

...Qabqda gedənlərin böyük əksəriyyəti sovetlərdən qalmadır - Sadiq Qarayev
 

O gün forumda baxıram ki, qabaqda əyləşənlər, professorlar, akademiklər, xalq yazıçıları, bir sözlə qabqda gedənlərin böyük əksəriyyəti sovetlərdən qalmadır...
Hanı 30 illik müstəqillik dövrünün yetişdirdiyi xalq yazıçıları, professor, akademikləri?
Hanı dövrümüzün təkrar baxdıqca daha da zövqlü kinoları? "20 yanvar", "Xocalı" günlərində Şotlandiyanın azad olunmasına aid filmlər verir tv- lər. Çəkilən kinolar məişət dedi- qoduları, primitiv, ət tökən söhbətlər...
Uşaqlarımızın mutfilm, nağıl qəhrəmanları, böyüklərin idealları məlikməmmədlər...
Nəsimi filmində Əmir Teymur:
- hanı sizin qələminizin gücü?
Hanı xarici dillərə tərcümə edilən müasir Azərbaycan ədəbiyyatı? Hansı ki, özündə 30 ilə yaxın işğal dövrünü, vətəndaşlarımızın çəkdiyi məcburi köçkünlük zülmlərini, 44 günlük qəhrəmanlıqları özündə ehtiva etsin.
3 il keçib qələbəmizdən, hanı sanballı romanlar, musiqilər, filmlər? Xarici dillərə tərcümə edilən variantları.
Hanı milli təhsil, elm sistemimiz? Hər gün bir hoqqa çıxarırıq, guya sınaq, pilot lahiyə edirik, Biləcəridən o tərəfə yox, Qobustana gedirik... Vahid məktəbli forması yox, alabəzək geynmiş, zəhmətkeş arılara oxşar şagirdlərimiz çiyinlərində bir dəvənin yükündən çox, mənasız iş dəftərləri, toplular, xaos məntiqli, söz yığını dərsliklər daşıyırlar, uşaqpulusuz yaşayırlar...
Evlər çönüb məktəblərə, "müəllimlər"- adı müəllim olan bir qism deyir dövlət milyon da versə xeyri yoxdur, gərək valideyin pul versin, evimdə öyrədim, məktəbi, şagirdi, valideyini belə çərlədim...
İnsanlar kütləvi surətdə xəstəliklərdən əziyyət çəkirlər, dərman yeyirlər, hanı həkimlər?
Bərbad, üstündə ot şəkili, içində zəhər qutular satan apteklər...
Hamının cibinə əlini salıb, üzünə gülən banklar, şeytan "riyaziyyatlar..."
Bu da faktdır ki, dövlət elmə, təhsilə, mədəniyyətə, səhiyyəyə illərdir külli miqdar pul ayırır, məktəblər, xəstəxanalar tikir.
Amma elə bil bir qara qurd içəridən hər şeyi yeyir.
Bəs nə çatışmır, nə düz gəlmir?
Azərbaycan xalqı daha ziyalılar, dahilər, faydalı, dəyərli insanlar yetişdirmir?
Bu torpağın yazı gəlmir, çəmənləri göyərmir?
Yetişdirir.
Müasir gənclik, orta yaş insanlarımız içərisində çoxlu istedadlı , vətənpərvlər var.
Onlar niyə üzə çıxıb, milli elitanın önündə yaşlı nəsl dəyərli azərbaycanlılarımızla birlikdə müasir Azərbaycanımızı təmsil edə bilmirlər?
Səbəbi mürəkkəb tənliklərdə deyil, əcnəbi filosof, alimlərin fikri ilə açılmaz.
Gün çıxmasa, qaranlıqdan qaçılmaz...
Səbəblər çox sadədirlər:
Tütək səsi filmindən:
- de görüm fermanı nə vaxtdan talayırsan köpəyoğlu?!
30 ildi bu sahələrə dövlətin ayırdığı pullar talanır, qohumbazlıq, rüşvətbazlıq, dostbazlıq, qutab, yeyib- içmək bazlıq, bazlıq tüğyan edir.
5-10 illikləri əhatə edən vahid strategiya, proqramlar yoxdur, nəticələrin yağı ayranından çoxdur...

Son dövrlər aparılan islahatlar nikbin ümidlər verir, ALLAHA təvəkkül.

"Paralel.az"

0.012761116027832