Neft Fondunun “Şahdəniz”dən gəlirləri açıqlandı

Neft Fondunun “Şahdəniz”dən gəlirləri açıqlandı
 

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 183 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Fonddan verilən məlumata görə bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35 milyon ABŞ dolları və ya 3,05% çoxdur.

Bu ilin ilk 8 ayında Neft Fonduna daxil olan vəsaitlərin 259,554 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 69,013 milyon ABŞ dolları və ya 21% azdır.

 

0.019177913665771