Ukrayna müdafiə nazirinin müavinləri istefa verdi

Ukrayna müdafiə nazirinin müavinləri istefa verdi
 

Ukrayna müdafiə nazirinin üç müavini istefa verib.

“Ölkə.Az” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Oleksiy Qonçarenko sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, müdafiə nazirinin müavini Vladimir Qavrilov, müdafiə nazirinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşdırma üzrə müavini Vitali Deyneqa və müdafiə nazirinin Avropa inteqrasiyası üzrə müavini Andrey Şevçenko istefa verib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Ali Radası müdafiə naziri Oleksiy Reznikovun istefasını təsdiqləyib.

 

0.021597146987915