İstanbulda sel: ölən və yaralananlar var - FOTO

İstanbulda sel: ölən və yaralananlar var - FOTO
 

Türkiyənin İstanbul şəhərinin şimalında başlayan leysan yağış şəhərdə həyatı iflic edib. 

Güclü leysan nəticəsində Başakşehir və Küçükçekmecedə 2 nəfər sel sularında həyatını itirib.

Türkiyə mətbuatı xəbər verir ki, Arnavutköydə 291 ev, Başakşəhərdə 131 ev və 650 iş yeri, Küçükçəkməcədə 98 ev və 13 iş yeri, Sultanqazidə 10 ev və Eyüpsultanda 30 ev seldən zərər çəkib.

Yollarda gölməçələr əmələ gəlib. Nəqliyyat vasitələri irəliləməkdə çətinlik çəkib.

Daxili işlər naziri Əli Yerliqaya zərər qiymətləndirmə işlərinin bu gün başlayacağını bildirib.





 

 

0.016666889190674