"Mersedes" şirkəti Ukraynaya 100-dən çox yük maşını verdi

 

“Mersedes-Benz Special Trucks” şirkəti Ukrayna Müdafiə Nazirliyinə 100-dən çox “Zetros” yolsuzluq yük avtomobili verib.

Bu barədə şirkətin bəyanatında deyilir.

“Təchizata hərbi dəstək və maddi-texniki təminat məsələlərinin həlli üçün bir sıra nəqliyyat vasitələri daxildir. Ukrayna Silahlı Qüvvələri etibarlı yük maşınları ilə əməliyyat təchizatı və müdafiə imkanlarını genişləndirmək istəyir”, - məlumatda deyilir.

"Paralel.az"

 

 

 

0.015516996383667