Konqoda nümayiş dağıdılan zamanı 56 nəfər öldü

Konqoda nümayiş dağıdılan zamanı 56 nəfər öldü
 

Konqo Demokratik Respublikasının şərqindəki Qoma şəhərində BMT ofisləri qarşısında nümayiş keçirməyə çalışan insanların hərbçilər tərəfindən ərazidən məcburi uzaqlaşdırılması zamanı ölənlərin sayı 56-ya çatıb.

“Paralel.az” xəbər verir ki, bu barədə Konqo DR-in hərbi prokuroru Mişel Kaşil nümayişin dağıdılmasına göstəriş verməkdə şübhəli bilinən altı hərbçinin məhkəmə prosesində bildirib.

“Məhkəmə qarşısına çıxanlar qəsdən adam öldürməklə və əsgərləri hərbi vəzifəyə zidd hərəkətlərə təhrik etməklə insanlığa qarşı cinayət törətməkdə ittiham olunurlar”, - “Reuters” agentliyi məhkəmə sənədlərinə və prokurorun sözlərinə istinad edib.

Onun sözlərinə görə, hərbçilərin anti-humanist əməlləri nəticəsində ölənlərin sayı 56-ya çatıb. Bundan əvvəl hökumət 48 nümayişçinin öldüyünü elan etmişdi.

 

0.057487964630127