Latviya Rusiya ilə sərhədi minalayacaq - İnara Murniyetse 

Latviya Rusiya ilə sərhədi minalayacaq - İnara Murniyetse 
 

Latviya Müdafiə Nazirliyi Rusiya və Belarusla sərhəddə tank əleyhinə minalar və digər əlavə maneələr yerləşdirməyi nəzərdən keçirir.

"Paralel.az" xəbər verir ki, bunu Latviyanın müdafiə naziri İnara Murniyetse deyib.

“Sərhəd qurulmalıdır və hasar çəkmək, sensorlar, kabellər çəkmək Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Bunu tez bir zamanda həyata keçirmək lazımdır. Həmçinin, sərhəd hərbi baxımdan təchiz olunmalıdır. “Vaqner” muzdlu dəstəsinin bir hissəsinin Rusiya və Afrikaya yönləndirildiyini görsək də, digərləri Belarusda qalır və vəziyyət tez dəyişə bilər”, - Murniyetse bildirib.

 

0.046442985534668