Baş nazir olmağa hazırlaşan şəxsin qalmaqallı fotosu yayıldı 

Baş nazir olmağa hazırlaşan şəxsin qalmaqallı fotosu yayıldı 
 

Finlandiyada baş nazir olmağa hazırlaşan Antti Lindtmanın təxminən 20 il əvvəl çəkilmiş fotoları böyük müzakirələrə səbəb olub.

Xarici KİV xəbər verir ki, fotolarda Antti bir qrup çılpaq oğlan ilə poza verərək nasist salamı verib.

Həmçinin onun əlində oyuncaq silah da var.

41 yaşlı namizəd fotonun real olduğunu və tapşırıq olaraq verilən bir film layihəsi üçün çəkildiyini bildirib. 

"Bu şəklin kino klubunun saytından silinməsini istədim, amma yenə kimsə bu fotoları paylaşıb. Bu fotolar mənim gəncliyimə aiddir və etdiklərimlə çox da fəxr etmirəm. Fotodakı uşaqlar bir az həddindən artıq poza veriblər. Mən heç vaxt nasist tərəfdarı olmamışam. O vaxt da deyildim, indi də deyiləm. Neonasistlərin mənim siyasətimi bəyənmədiyini belə düşünmürəm”.

 

 

0.097877979278564