TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova sual: Niyə Beyləqan MX-də tibb bacıları xadimə, kurs bitirənlər isə tibb bacısı işləyir?!

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova sual: Niyə Beyləqan MX-də tibb bacıları xadimə, kurs bitirənlər isə tibb bacısı işləyir?!
 

Hörmətli Vüqar Qurbanov, Beyləqan rayon mərkəzi xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində (ASM) təcrübəli tibb bacısının xadimə, 3-6 aylıq "kurs bitirənlərin" isə baş tibb bacısı işləməsindən xəbəriniz var?!

Paralel.az RealMedia.az-a istinadən xəbər verir ki, hazırda Beyləqan rayon xəstəxanasında insanların taleyi təhlükə altındadır. İnsanların sağlamlığı  heç bir tibb təhsili olmayan, yalnız 2-3 aylıq kurs keçən, savadsız “tibb bacıları”na həvalə edilib.

Bildirilir ki, hazırda xəstəxananın ştat cədvəlində adı kiçik tibb bacısı (xadimə) gedən işçilər daxili əmrlə şöbələrdə baş tibb bacısı, qeydiyyatçı və sair işlərə təyin edilib. Məsələn, buna adlarını qeyd etdiyimiz şəxsləri misal olaraq göstərmək olar:

Arzu Həsənzadə, Aytəkin Allahverdiyeva, Aynur Əlizadə (məlumata görə 17 yaşından tibb bacısı işləyir) Şəlalə, Firəngiz Zahidqızı, Gülnar.

Bildirilir ki, bu adları çəkilən şəxslər 3-6 aylıq kurs bitirməklə xəstəxanada tibb bacısı və ya baş tibb bacısı vəzifəsində çalışırlar.
İllərlə kənd xəstəxanasında xadimə işləyən şəxslər, sonradan  “Beyləqan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdə tibb bacısı kimi işə qəbul olunur.

Bir sözlə, Beyləqan xəstəxanasında tragikomik bir vəziyyət yaranıb.

P. S. Məsələylə bağlı TƏBİB-nin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Qeyd edək ki, mövzuya daha ətraflı şəkildə qayıdacağıq.
RealMedia.az

0.017547130584717