İqtisadiyyat naziri Çinə gedir – FOTO

İqtisadiyyat naziri Çinə gedir – FOTO
 

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinə səfər edəcək.

Paralel.az xəbər verir ki, bu barədə nazir özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Həmkarlarla birgə Çin Xalq Respublikasına səfərimiz çərçivəsində bir sıra rəsmi nümayəndələr və şirkət rəhbərləri ilə görüşlər keçirəcəyik. Pekində Azərbaycan Ticarət Evinin açılış mərasimində və digər tədbirlərdə iştirak edəcəyik”, – deyə nazir qeyd edib.

0.041645050048828