İranda iki jurnalistə həbs cəzası verildi

İranda iki jurnalistə həbs cəzası verildi
 

Tehran İnqilab Məhkəməsi “Həmmihən” qəzetinin müxbiri Elnaz Məhəmmədi və onun “Həft Sobh” qəzetindən olan həmkarı Negin Baqiriyə üç ilədək şərti həbs cəzası hökmünü verib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, onlara qarşı “toplaşma və əlbir olma” ittihamı irəli sürülüb.
Məhkəmə qərarına əsasən, hər iki jurnalist ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin nəzarəti altında ilin hər fəslində “jurnalist peşəsi etikasının təlimi” kursunda iştirak etməlidirlər.

 

0.031213045120239