Türkiyə və Rusiya prezidentlərinin görüşü 3 saat çəkib - Görüş konstruktiv keçib
Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin mətbuat nümayəndələri qarşısında açıqlamalar verirlər. Həmin açıqlamaları təqdim edirik:
***
Türkiyə ilə Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında geniş tərkibdə görüş başa çatıb. Məlumatı TASS yayıb.
Bildirilib ki, iki ölkənin liderləri ümumilikdə üç saat ünsiyyətdə olublar.
Bildirilib ki, görüş qeyri-rəsmi qısa salamlaşma ilə başlayıb. Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Soçiyə işgüzar səfərlə deyil, həm də məzuniyyəti keçirməyə dəvət edib. Bundan sonra prezidentlərin danışığı masa arxasında davam edib.
Görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Türkiyənin müdafiə naziri Yaşar Gülər, xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan da olub. Geniş tərkibdə danışıqlarda Rusiya tərəfdən baş nazirin müavini Aleksandr Novak, dövlət başçısının administrasiyası rəhbərinin müavini - Prezidentin mətbuat katibi Dmitri Peskov, Putinin köməkçiləri Maksim Oreşkin və Yuri Uşakov, kənd təsərrüfatı naziri Dmitri Patruşev, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev və “Rosatom”un rəhbəri Aleksey Lixaçev iştirak ediblər.
Soçidə Rusiya-Türkiyə danışıqları ümumilikdə 3 saat davam edib. R.T.Ərdoğanla V.Putin arasında söhbət 90 dəqiqə, nümayəndə heyətinin iştirakı ilə keçirilən görüş isə bir saat yarım sürüb.
“Görüşümüz konstruktiv keçdi”. Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, tərəflər bütün əsas məsələləri müzakirə ediblər: “İşgüzar mühitdə fikir mübadiləsi apardıq”.
***
Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüş başa çatıb.
Müzakirələr 1 saat yarım davam edib.
Nəticələrə dair əlavə məlumat veriləcək.
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında görüş başlayıb.
Görüş Soçidə keçirilir.
"Sizin bilavasitə iştirakınızla qurulmuş Rusiya-Türkiyə münasibətlərinin inkişaf tempi qorunur. Nəzərinizə çatdırım ki, ötən il ticarət dövriyyəmiz 80 faizdən çox, təxminən, 86 faiz artıb. Bu ilin birinci yarısında müsbət tendensiya davam edib", - Rusiya Prezidenti bildirib.
V.Putin Moskva ilə Ankara arasında enerji sahəsində də əlaqələrin davamlı inkişaf etdiyini vurğulayıb: “Biz enerji sahəsində çox inamla irəliləyirik, hər iki tərəfdən əsas təchizatçılar arasında razılaşmalar əldə olunub”.
"Bu gün "Taxıl dəhlizi" ilə bağlı atacağımız addım bir çox ölkə üçün, xüsusən də az inkişaf etmiş ölkələr üçün xeyirli olacaq." - Türkiyə Prezidenti Soçidə rusiyalı həmkarı ilə görüşü zamanı bildirib.
O həmçinin qeyd edib ki, Türkiyə və Rusiya arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Bu gün görüş zamanı iki lider müdafiə sənayesi, energetika kimi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Rusiya və Türkiyə prezidentləri regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşünün protokol hissəsində çıxışında bildirib.
“Regionda təhlükəsizliyin təmin olunması baxımından danışılası məsələlər var. Əlbəttə ki, Ukrayna böhranı ilə əlaqədar məsələlərə diqqət yetirəcəyik. Bilirəm ki, “taxıl sazişi” məsələsini qaldırmaq niyyətindəsiz. Biz bu məsələ ilə bağlı danışıqlara açığıq”, deyə Putin qeyd edib.
"Rusiya Türkiyə ilə birlikdə Suriyadakı vəziyyətin nizamlanması üçün çox şey edib." - Putin bildirib.
“Mən Suriya məsələsinin Türkiyə üçün nə qədər həssas olduğunu bilirəm”, - deyə Rusiya lideri Suriya nizamlanması ilə bağlı Ankara ilə birlikdə Astana formatında aparılan danışıqların faydasından danışıb.
Putin qeyd edib ki, regionun digər ölkələri, Liviya treki və ikitərəfli və beynəlxalq xarakterli bir çox məsələlər Ərdoğanla danışıqların diqqət mərkəzində olacaq.
“Sizin birbaşa iştirakınızla Rusiya və Türkiyə arasında münasibətlərin inkişaf tempi qorunub saxlanılır”. - Putin əlavə edib.
“Bildirmək istəyirəm ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən il 86 faiz artıb. Bu ilin birinci yarısında müsbət trend saxlanılır. Bu, ötən ilki kimi güclü olmasa da, müsbətdir. Üstəlik münasibətlər diversifikasiya olunur. Təkcə ənənəvi əməkdaşlığımızın olduğu energetika, kənd təsərrüfatı sahələri deyil, digər istiqamətlər də inkişaf edir. Bu, məni çox sevindirir. Ümid edirəm ki, biz yaxın vaxtlarda “qaz hab”ının yaradılması ilə bağlı danışıqları yekunlaşdıracağıq. Bu regionda energetika sahəsindəki vəziyyəti daha stabilləşdirəcək, balanslaşdıracaq. Mənə elə gəlir ki, bu, Türkiyənin kənd təsərrüfatının xeyrinə olacaq.
Türkiyəli istehsalçılarının kənd təsərrüfatı məhsullarının Rusiya bazarına ixracını genişləndirmişik. İxracat çox yaxşı həcmdədir. Metallurgiya sənayesi sahəsində də münasibətlər inkişaf edir və bu yaxşı perspektivə malikdir. Energetika sahəsində də əminliklə hərəkət edirik. Hər iki tərəfdən əsas ixracatçı və istehlakçılar arasında razılıq əldə olunub. Akkuyu AES-in tikintisi davam edir. Rusiya nüvə yanacağının ilk partiyasını çatdıranda sonra Türkiyə sözün həqiqi mənasında nüvə dövlətləri beynəlxalq klubunun üzvünə çevrilib. Hər şey plan üzrə gedir. Gələn il, biz AES-in ilk blokunu işə salırıq”, - deyə Putin qeyd edib. ("Report")