Banklar bu şəxslərə nə üçün kredit vermir? - VİDEO

Banklar bu şəxslərə nə üçün kredit vermir? - VİDEO
 

Bakıda hər gün vətəndaşlara sms və zənglə kredit təklifləri gəlir. Daha asan şərtlərlə paytaxt sakinlərinə böyük məbləğdə kreditlər ayrılır.

Lakin eyni sözü Bakıdan kənar yaşayanlar üçün demək olmur. Bölgələrdə banklardan kredit almaq istəyənlər əli boş geri qayıdırlar.

Sakinlər bildirir ki, banklar tərəfindən qoyulan şərtlər çox ağır olur.

Millət vəkili Vüqar Bayramov atv-deyib ki, banklar bölgələrə daha çox riskli kreditləşmə kimi baxır. Buna görə, vətəndaşların kreditlərdən istifadə haqqı məhdudlaşır.

 

0.019538879394531