“Qarabağ məsələsi də geopolitik savaşın bir elementidir" - Sülhəddin Əkbər
Sentyabrın 1-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində yerləşən mövqelərimizi atəşə tutması bölgədə gərginliyi artırıb. Azərbaycan silahlı qüvvələrinin gördüyü lazımi tədbirlər sonrası düşmənin təxribatına qarşı alınıb.
Maraqlıdır, 1 sentyabr toqquşmalarından sonra nə olacaq? Azərbaycanla Ermənistan arasında sülh danışıqları dalana dirəcənəcəkmi?
Globalinfo.az-a danışan Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, hazırda dünya nizamı quruculuğu və bununla bağlı gedən geopolitik savaş özünün həlledici mərhələsindədir:
“Qarabağ məsələsi də geopolitik savaşın bir elementidir. Rusiya-Ukrayna savaşı kritik mərhələyə daxil olduğuna görə regionumuzda da gərginlik artır.
Nəticədə müəyyən dövrdə danışıqlar prosesinə fasilə verilə bilər. Bununla belə biz həlledici mərhələyə daxil olmuşuq. Bizim üçün fürsət pəncərəsinin açılmasına çox az qalıb. Biz bu fürsət pəncərəsindən sentyabr ayında istifadə edə bilərik. Xüsusilə mövcud problemin həlli və yeni de-fakto durum üçün istifadə edə bilərik.
Hesab edirəm, hazırda həllini gözləyən siyasi məsələləri zamana buraxsaq, bu, bizim əleyhimizə çevrilə bilər”.
Turan Rzayev