NATO Rusiyanın ehtimal edilən təcavüzünə hazırlaşır - Hərbi təlim keçirilir
NATO ölkələri Rusiyanın ehtimal edilən hərbi təcavüzünə hazırlığı sınaqdan keçirmək məqsədi ilə hərbi təlimlər keçirəcək.
“Report” xəbər verir ki, bunu Almaniyanın Hərbi Dəniz Qüvvələrinin komandanı Yan Kristian Kaak bildirib.
Onun sözlərinə görə, təlimlər Baltik dənizində 30-a yaxın gəmi və 3000-dən çox NATO hərbçisinin iştirakı ilə keçiriləcək: “Müttəfiqlər ilk dəfə olaraq Rusiyanın mümkün hücumuna necə cavab verməyi təcrübədən keçirəcək. Biz Rusiyaya qarşı ayıq-sayıq olmalıyıq”.
Bildirilib ki, təlimlər sentyabrın 9-da başlayacaq və 2 həftə dava edəcək. Hərbi manevrlərə İsveç hərbçiləri də qatılacaq.