Ləzzət biskvit və şokolad fabrikinə cərimə yazıldı

Ləzzət biskvit və şokolad fabrikinə cərimə yazıldı
 

"Ləzzət biskvit və şokolad fabriki" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb. 

"Paralel.az" xəbər verir ki, Dövlət Gömrük Komitəsi MMC-yə protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyevanın sədrliyi ilə araşdırılacaq.

0.030647993087769