Kuleba və Stoltenberq arasında telefon danışığı olub

Kuleba və Stoltenberq arasında telefon danışığı olub
 

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Paralel.az xəbər verir ki, bu barədə Dmitri Kuleba "Twitter"də bildirib.

XİN rəhbərinin sözlərinə görə, tərəflər arasında Ukraynanın NATO-ya inteqrasiyası yolunda növbəti addımlar müzakirə olunub.

Kuleba və Stoltenberq Ukrayna-NATO Şurasının fəaliyyəti barədə də danışıblar.

"Mən həmçinin Baş katibə birinci Müdafiə Sənayesi Forumuna Ukraynanın hazırlığı barədə məlumat verdim", - Kuleba qeyd edib

 

0.088649034500122