AQTA kimə xidmət edir? - Xalqa, Dövlətə, yoxsa rüşvətə?!
Ölkənin ticarət obyektlərində sanitariya - gigiyena qaydalarına əməl olunmur
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nı təsdiq edib.
Sovetin dövründə bu obyektlərdə sanitar-gigiyena qaydalarına Sanitar-Eptionoloji Stansiyalar (SES) nəzarət edirdi. Düzdür, həmin dövrdə də SES - in əməkdaşları obyektlərdən rüşvət alırdı, amma hazırda təpədən dırnağa kimi, rüşvətxorluqla məşğul olan AQTA əməkdaşlarının obyektlərdən aldığı böyük rəqəmli rüşvət qədər deyildi. Çünki SSRİ zamanında rüşvətxorluğa qarşı hökumət ciddi təpkisi və qorxusu var idi, 3-5 qəpik artıq alan ticarət, ictimai iaşə, bazar və satış obyektlərinin əməkdaşları barədə sərt hökmlər çıxarılırdı.
Sovetin zamanında ticarət, ictimai iaşə, bazar və satış obyektlərinin əməkdaşlarını insanlar təmiz, ağ xalatlı görməyə vərdiş etmişdi və bəzi hallarda alıcılar obyektlərdə sanitariya - gigiyena qaydalarına əməl olunmaması ilə qarşılaşanda, dərhal satıcıları intizama dəvət edirdilər. Çünki qanunların pozması halları barədə vətədaşların şikayətinə baxan dövlət orqanları var idi. Haqqında bəhs etdiyimiz AQTA kimi dövlət orqanları indi də var, lakin şikayətə baxıb, rüşvət almaqdan başqa ayrı iş görmürlər.
AQTA dövlət orqanı kimi nizamnamə öhdəliyini yerinə yetirə bilmir, əməkdaşlar öz üzərinə düşən nəzarət funksiyasını yerinə yetirmək əvəzinə, hər bir ticarət, ictimai iaşə obyektlərindən, bazar, dükanlardan, payız yarışlarından sonra düzləri çıxan göbələk kimi yaşayış məntəqələrində çoxalan marketlərdən rüşvət almaqla, sanitariya - gigiyena qaydalarına əməl olunmamasına əhəmiyyət belə, vermirlər.
Bu halda hər bir vətəndaşı haqlı sual düşündürür: Görən AQTA kimə xidmət edir? - Xalqa, Dövlətə, yoxsa rüşvətə?!
Bu suala AQTA rəhbəri Qoşqar Təhməzli cavab verməyə də bilər!..
Mirəhməd, Paralel.az