Üç səmavi dinin
qovuşduğu məkan

Üç səmavi dininqovuşduğu məkan
 

Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanizm və qarşılıqlı əməkdaşlıq mərkəzinə çevrilib

 Tarixi ipək yolunun və müxtəlif sivilizasiyaların qovuşduğu bir məkanda yerləşən Azərbaycan dövləti tarixin bütün dönəmlərində özünün tolerantlığı, digər xalqlara, dinlərə və mədəniyyətlərə dözümlülüyü ili seçilib və tanınıb.

Azərbaycanda hökm sürən tolerantlıq və dözümlülük, təkcə Azərbaycan xalqını deyil, eləcə də ölkəmizdə məskunlaşan digər azsaylı xalqları, etnik qrupları da özündə birləşdirir. Azərbaycan təkcə, xalqların və millətlərin dinc yanaşı yaşadığı ölkə deyil, burada bütün ənənəvi səmavi dinlərin nümayəndələri də qarşılıqlı anlaşma və qardaşlıq münasibətlərində yaşayırlar. Bunun nəticəsidir ki, müasir Azərbaycan dövləti dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanizm və qarşılıqlı əməkdaşlıq mərkəzinə çevrilib. Bu da Azərbaycanda həyata keçirilən düzgün siyasətin nəticəsidir. Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm dəyərlərini çox yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə milli-etnik və din-dövlət məsələlərinə xüsusi diqqət ayrıldı və dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu, həm də xalqımızın və dövlətçiliyimizin inkişafı baxımından çox önəmli bir addım idi.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas diqqət mərkəzində duran məsələlərdən biri də, tolerantlıq və multikulturalizmdir. Multikulturalizm və tolerantlıq anlayışları bir-biri ilə sıx bağlıdır. Belə ki, tolerant cəmiyyət multikultural dəyərləri özü yetişdirir. Bu, tolerant cəmiyyətin əsas prinsipidir. Tolerant cəmiyyətdə müxtəlif mədəniyyətlər qarşılıqlı surətdə zənginləşir, ayrı-ayrı xalqları birləşdirən ümumi mədəniyyətin formalaşmasına və gələcəkdə cəmiyyətin ümumi mədəni birliyi naminə müxtəlif mədəniyyətlərin biri-birinə inteqrasiyası üçün zəmin yaradılır.

Azərbaycanda multikultural ənənlərin tarixi çox qədimdir. Ölkəmizdə dərin köklərə malik olan multikulturalizm artıq, ənənəlikdən çıxaraq ölkənin əsas aparıcı siyasi xəttinə çevrilib.

Bu gün cəmiyyətimizdə formalaşan sağlam tolerantlıq ənənəsinin kökündə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası durur. Məhz, bu ideologiya imkan veriri ki, Azərbaycandakı multikultural ənənələri bütün dünyaya nümunə kimi təbliğ edək. Azərbaycan dövləti həyatımızın bütün digər sahələrində olduğu kimi, bu istiqamətdə də özünün uğulu inkşafını davam etdirir. Bunun üçün ölkəmizdə zəruri sosial və siyasi baza yaradılıb. Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm ənənələri öz mükəmməlliyi ilə bütün dünyanın gözündə dözümlülük və bərabərlik, eyni zamanda qarşılıqlı hörmət və münasibətlər sistemi nümunəsinə çevrilib. Artıq bütün dünya tolerantlığı müxtəlif dinlərə dözümlülük və etnik bərabərlik kimi başa düşür.

Onu da xüsusi qeyd etmək lazımdır ki, bütün dünyaya nümunə olacaq qədər mükəmməl multikulturalizm və tolerantlıq modelinin konsepsiyası Ulu Öndərin müstəsna xidmətlərinin nəticəsidir. Bu gün prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət, ölkəmizdə hökm sürən siyasi bərabərliyin, əmin-amanlığın, qarşılıqlı etimad və xalqlar dostluğunun etibarlı qarantıdır. İlham Əliyevin bu gün uğurla həyata keçirdiyi multikulturalizm siyasəti əsrlərdən bəri toplanan böyük tarixi təcrübəyə əsaslanır və bu istiqamətdə qazanılan uğurların dünya miqyasında təbliğinə zərurət yaranıb.

Dini və milli tolerantlığın, multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanda üç səmavi dinin (yəhudilik, xristianlıq və islam) və eyni zamanda müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması da tarixi ənənələrə əsaslanır. Ölkəmizdə multikulturalizmin həyat tərzi kimi formalaşmasının digər səbəbi isə münbit siyasi və sosial şəraitin olmasıdır. Bütün bunlar həm də müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin nəticəsidir.

Bu gün Azərbaycanda müsəlman icmaları ilə yanaşı, dövlət qeydiyyatından keçən qeyri-müsəlman dini icmalarının da fəaliyyətini təmin edən "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu və bu qanunun icrasını həyata keçirən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mövcuddur. Bu Komitənin əsas vəzifəsi ölkəmizdə dövlət qeydiyyatından keçən müxtəlif dini konfessiyalara fəaliyyətləri üçün bərabər imkan və şəraiti yaratmaqdan ibarətdir. Komitə eyni zamanda, müxtəlif dini qurumların və təşkilatların ölkəmizin müxtəlif bölgələrində müxtəlif tədbir və yığıncaqların keçirilməsinə də, imkanları daxilində yardım göstərir.

Bu tədbirlərin keçirilməsi zamanı Azərbaycanda mövcud olan ictimai-siyasi və sosial vəziyyətdən asılı olmayaraq, ölkəmizin hər zaman tolerantlıq, dözümlülük məkanı olduğu təbliğ edilir, xüsusən də gənclərin və yeniyetmələrin bu sahədə maarifləndirilməsinə üstünlük verilir.

Bu gün müstəqil Azərbaycan öz daxili və xarici siyasətini də möhkəm və tarixi köklər üzərində qurur. Məhz bu səbəbdən də, 21-ci əsrin Azərbaycanı bu mürəkkəb münasibətlər sistemini özündə cəmləşdirərək müasir dünyanın tolerantlıq simvollarından birinə, bəlkə də, birincisinə çevrilib. Azərbaycan həm də, digər ölkələr üçün örnək ola biləcək multikulturalizmin Azərbaycan modelini yarada bilib.             

Bildiyiniz kimi, dövlətimizin başçısı, ölkəmizdə fəaliyyət göstərən bütün dini konfessiyaların fəaliyyətinə dəstək olur, onların müxtəlif tədbirlərinə qatılır, bayramlarını təbrik edir. 2013-cü ilin 24 iyulunda müsəlmanların müqəddəs Ramazan ayı münasibətilə təşkil edilən iftar mərasiminə qatılan prezident İlham Əliyev Azərbaycanda dinlərin birliyindən danışarkən deyib:"Bizim birliyimiz reallıqdır. Müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycan tarixində dini, milli zəmində ayrı-seçkilik, yaxud da qarşıdurma olmayıb və əminəm ki, bundan sonra da olmayacaq".

Azərbaycanın tarixi daim müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin vahid dəyərlər naminə birləşdiyinin şahidi olub. Bu vahid dəyərlər azadlıq və firavanlıq, müasir tariximizdə isə müstəqillik və demokratik dəyərlərdən ibarətdir. Məhz dinlər arasında əmin-amanlığın təmin edilməsi, çoxmədəniyyətliliyin inkişafı ölkədə demokratik dəyərlərin tərəqqisinə yol açan əsas amillərdən biridir. Prezident İlham Əliyevin "Multikulturalizmin alternativi yoxdur!" şüarı müxtəlif mədəniyyətlərin bərabər imkanlara sahib olması ilə yanaşı, demokratik dəyərlərin inkişafının labüdlüyünü özündə ehtiva edir. Ölkəmizdə yüksəliş və inkişaf müstəvisinə gətirilən tolerantlıq və multikulturalizm ümumbəşəri dəyərlərin qorunması baxımında da, müstəsna addımdır. Tolerant ölkədə azsaylı xalqların və etnik azlıqların öz milli ruhlarını yaşatmaq, dini baxışlarını, etnik düşüncələrini, məişət qaydalarını özünəməxsus adət və ənənlərini, etnosun təfəkkürünü yaşadan folklorunun yeni istiqamətdə, fərqli müstəvidə inkişaf etdirilməsi üçün kifayət qədər zəmin yaradılır.

Azərbaycanın bu sahədə tutduğu mövqe dəyişilməzdir. Dövlət başçısının yürütdüyü siyasət qətiyyətli və əhatəlidir. Bu, azərbaycançılıq ideologiyasının əmin-amanlıq, sülhpərvərlik, bərabər imkanlar, həmrəylik, humanizm dəyərlərinə sadiq qalaraq ölkəmizi müxtəlif sivilizasiyaların qarşılıqlı əməkdaşlıq və dostluğunu təmin edən unikal bir dövlət səviyyəsinə qaldırıb. Dünyanın yeni geosiyasi dönəmində xristianlığın, bütpərəstliyin, islamçılığın, türkçülüyün, Avropa dəyərlərinin və s. kəsişməsində yerləşən çoxmillətli Azərbaycanın tolerantlıq mühiti, ölkədə müxtəlif dini və siyasi baxışlara sahib, müxtəlif, köklü şəkildə fərqli olan mədəniyyətlərə, etnik təfəkkürə malik olan xalqların vahid dialoq mərkəzinə çevrilib. Tolerantlıq və multikulturalizm həm də, demokratiyanın, fikir, söz azadlığının bünövrəsi, təməl prinsipi deməkdir. Tolerantlığın mövcud olduğu ölkələrdə bütün qanunlara yüksək səviyyədə əməl olunur. Sosial hadisə kimi təzahür edən multikulturalizm və tolerantlıq bəşəriyyəti sülhə aparan ən sadə və düzgün yoldur. Multikulturalizm və tolerantlıq cəhaləti, irqçiliyi, ksenofobiyanı qədd edir, əvəzində əmin-amanlıq, dostluq, qarşılıqlı mədəni və mənəvi mübadilə inkişaf və həmrəylik təklif edir.

Nəinki Azərbaycanda, digər ölkələrdə də, müxtəlif siyasi, iqtisadi və coğrafi zonalarda yaşayan xalqlar, kiçik etnos və toplumların haqqa- ədalətə çıxışı məhz, tolerantlıqdan və multikulturalizmdən başlayır.

Buna görə də, multikultural cəmiyyət, həm də azad cəmiyyət deməkdir. Burada sosial rifahın tərəqqisi, demokratiyanın, mənəvi azadlığın bütün çalarları hiss olunur. Bu gün Azərbaycanda yaşayan hər bir azərbaycanlı dini, etnik, milli mənsubiyyətindən asılı olmayaraq tam sərbəst və müstəqildir. Ən kiçik etnos belə, öz milli adət-ənənələrini, mədəni dəyərlərini diğər xalqlara nümayiş etdirə, onlarla paylaşa bilir. Buna görə də, hər kəs Azərbaycanı multikultural mədəniyyətin beşiyi, tolerantlığın ocağı hesab edir. Sadə dildə desək, Azərbaycan dostluq, qarşılıqlı hörmət, etimad və müasir dünyada bütün sivilizasiyaların ehtiyacı olan tolerantlıq mədəniyyətini, siyasətini bütün dünyaya bir nümunə kimi təqdim edir. Bu gün Azərbaycanın dünya ilə paylaşdığı tolerantlıq mədəniyyəti, bizim azərbaycançılıq ideologiyamızla sıx bağlıdır. 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.9247350692749