Mançini bu millini çalışdıracaq

Mançini bu millini çalışdıracaq
 

Səudiyyə Ərəbistanı millisinə baş məşqçi vəzifəsinə Roberto Mançini təyin olunacaq.

 Offsideplus.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira özünün sosial şəbəkə hesablarında yazıb. 58 yaşlı mütəxəssislə 2026-cı ilə qədər müqavilə imzalanacaq.

İtaliyalı məşqçinin maaşı illik 20 milyon avro olacaq.
Avqustun 13-də Mançini 5 il çalışdırdığı İtaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

 

0.016812086105347