Yunanıstan xarici işlər naziri Türkiyəyə səfər edəcək

Yunanıstan xarici işlər naziri Türkiyəyə səfər edəcək
 

Sentyabrın 5-də Yunanıstan xarici işlər naziri Yorgo Gerapetritis Türkiyəyə səfər edəcək.

Paralel.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Yorgo Gerapetritis sentyabrın 5-də Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşmək üçün bu ölkəyə işgüzar səfər edəcək.

XİN başçıları ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

 

0.020037174224854