Erməni havadarlarının Azərbaycana qarşı çirkin oyunları bundan sonra da iflasa uğrayacaq - AÇIQLAMA

Erməni havadarlarının Azərbaycana qarşı çirkin oyunları bundan sonra da iflasa uğrayacaq - AÇIQLAMA
 

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 26 avqust “Laçın Şəhər Günü” elan edilməsi Azərbaycanda yeni bir ənənənin balanğıcıdır.

Bu, işğaldan azad edilən yurdlara  əbədi qayıdışı, viran olmuş yurdların yenidən canlanması, inkişaf etməsi deməkdir. Cənab Prezidentin də bəyan etdiyi kimi, digər şəhərlərlə də bağlı belə bir qərarlar veriləcək. 26 avqustun Laçının şəhər günü  təkcə laçınlılar tərəfindən deyil, bütün vətəndaşlarımız tərəfindən çox böyük coşqu və sevinclə qarşılandı. Bu günü əlamətdar edən digər mühüm bir məqam isə ondan ibarətdir ki,  Azərbaycanın inkişafında dövlət başçısına dəstək olub, onunla çiyin-çiyinə mübarizə aparan Birinci vitse-prezident Mehriban xanın Əliyevanın ad gününə təsadüf edir.

Məhz həmin gündə Birinci vitse-prezident bu xoş gününü laçınlılarla bir yerdə qeyd etməsi heç zaman unudulmayacaq. Çünki həmin gün 30 ilə yaxın işğal altında olan Laçının Zabux kəndinin sakinləri yenidən öz yurdlarına döndülər. Bundan gözəl bayram ola bilməzdi və cənab Prezident və Birinci vitse-prezident bunu biz laçınlılara bəxş etdi”.

Bunu “Paralel.az ”a açıqlamasında deputat Mahir Abbaszadə  deyib.

Onun sözlərinə görə, Laçının şəhər günü ilə bağlı təşkil edilən  təntənəli tədbirdə cənab Pezident İlham Əliyev və  Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı mühüm tarixi bir hadisə idi. “Bayram tədbirində çıxış edən dövlət başçısı  bayram münasibətilə xalqımızı, laçınlıları təbrik etməklə yanaşı, regiondakı vəziyyətlə bağlı və ermənilərin havadarlarına  ciddi mesajlar verdi”, - o qeyd edib.

Deputat əlavə edib ki, cənab Prezidentin bəyan etdiyi kimi,  44 günlük müharibədən sonra ermənilərin havadarları məğlubiyyətləri ilə barışmayaraq Azərbaycanda  təzyiqlər edib və bu gün də davam etdirməkdədir:

“Lakin Azərbaycanın qətiyyətli iradəsi  və yürütdüyü  uğurlu siyasət nəticəsində bütün bu təzyiq cəhdləri dəf edilib. Ermənistan və onun arxasında dayanan onlarabənzər məxluqların Azərbaycan qarşı bütün cəhdləri  iflasa uğradılıb  və bundan sonra da uğradılacaq.  Onların fitnələri Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Cənab Prezident  yürütdüyü qətiyyətli siyasəti ilə nəinki ermənilərin havadarlarının Azərbaycan qarşı çirkin siyasətinin dəf edildi, eyni zamanda   yeni qələbələrə imza ataraq aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qurmaqla ölkəmizin ərazi bütövlüyünü təmin etmiş oldu.

Laçında SBM-in quurlmasında sonra da Azərbaycan ciddi təzyiqlər edildi, lakin Azərbaycan geri çəkilmədi. Çünki Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq öz ərazi bütövlüyünü təmin edib və bu cür təzyqi  cəhdləri indiyədək boşa çıxıb, bundan sonra da çıxacaq. Ölkə başçısının bəyan etdiyi kimi, bunu ermənilərin havadarları nə qədər tez başa düşsə yaxşı olar. Onsuz da onların cəhdləri bir nəticə verməyəcək, bundan itirən tərəf ancaq ermənilər olub və yenə də onlar olacaq.

Bundan itirən tərəf yenə də ermənilər olacaq. Əgər ermənilərin havadarları  Ermənistanın bölgədə normal bir dövlət  kimi  mövcudluğunu görmək istəyirlərsə, o zaman Azərbaycana qarşı çirkin niyyətlərindən əl çəkməlidirlər”.

Şahnaz

Paralel.az

0.01584005355835