Azərbaycan Prezidenti daha bir ənənənin təməlini qoydu - Musa Qasımlı

Azərbaycan Prezidenti daha bir ənənənin təməlini qoydu - Musa Qasımlı
 

26 avqust Laçın şəhər bayram günün keçirilməsi  ölkəmizdə bir ilkdir və yeni ənənənin  təməlinin qoyulmasıdır. 

Bunu açıqlamasında deputat Musa Qasımlı deyib.

Deputat bildirib ki, bayram günündə insanların  uzun illər işğaldan sonra yeni tikilmiş evlərinə qayıtması, onlar üçün özünəməşğulluq proqramının icrasına başlanılması dövlət siyasətimizin  uğurlu həyata  keçirildiyini göstərir:

“Cənab  Prezident İlham Əliyevin kəndlərdə və Laçın şəhərində sakinlərlə görüşü, bayram toplantısındakı nitqi ciddi mesajlarla zəngin idi. Dövlət başçısı nitqində hər şeydən əvvəl keçdiyimiz yola, Laçının işğal altına düşməsi tarixinə nəzər yetirdi.  O, eyni zamanda şəhərin  və rayonun işğaldan azad edilməsi  yolundakı əngəllərin necə aşıldığına bir daha  diqqət çəkdi. Cənab Prezident onu da  bəyan etdi ki, Həkəri çayı   üzərində qurulmuş  sərhəd nəzarət-buraxılış  məntəqəsi  kimlərinsə istədiyi kimi  nə qurula, nə də fəaliyyət göstərə bilməz. SBM-in qurulması Azərbaycan dövlətinin suveren hüququdur  və Azərbaycan bir qarış torpağını kimsəyə verməyib və verməyəcək də. Hesab edirəm ki, 26 avqust tarizixmizin ən gözəl günlərindən birinə çevrildi”.

 

0.015575885772705