Azərbaycanda istifadə edilən yuyucu vasitələrlə bağlı ŞOK AÇIQLAMALAR: “Məhsulu alan zaman …”

Azərbaycanda istifadə edilən yuyucu vasitələrlə bağlı ŞOK AÇIQLAMALAR: “Məhsulu alan zaman …”
 

“Azərbaycanda məişət gündən –günə ciddi kimyalaşır. İstifadə etdiyimiz yuyucu vasitələr sağlamlığımıza mənfi təsir göstərir”.

Bunu "medianews.az"a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Ekspertin sözlərinə görə, həmin yuyucu vasitələr orqanizmimizlə yanaşı ekologiyaya da ciddi ziyan vurur:

“Bu cür mayelər məişət sularına qarışır və təbiətə axıdılır. Əsas da dənizə axıdılan bu mayelər oradakı mikro mühiti məhv edir. Təəssüf ki, bütün dünyada yuyucu vasitələrin sağlamlığımıza necə zərbə vurduğuna əhəmiyyət verilmir. Azərbaycanda da azad bazar iqtisadiyyatıdır. Kim nə istir gətirir, satır, eləcə də yerli istehsal edir. Belə bir şəraitdə heç kim məhsulun keyfiyyətinə nəzarət etmir. İstehlakçi məhsulun üzərində yazılanları diqqətlə oxumalıdır, təhlükəli maddənin miqdarı nə qədərdir, bilməlidir”.

Eyyub Hüseynov qeyd edir ki, bir müddət bundan öncə İrandan gətirilən qabyuyan maddəni gündəmə gətirdik:

“Həmin məhsulun üzərində tərkibinin nədən ibarət olduğuna dair Azərbaycan dilində informasiya yox idi. Hələ də bu məsələ öz həllini tapmayıb. Dövlət dili haqqında qanunda , isehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda və digər qanunvericilikdə göstərilir ki, ölkədə satılan bütün məhsulların üzərində onun tərkibi xarici dillə yanaşı , Azərbaycan dilində də yazılmalıdır. Təəssüf ki, çox zaman xaricdən gətirilən məhsulun tərkibi, yararlıq tarixi haqqında hər hansı bir məlumat olmur.

Heç bir Elmi Tətqiqat İnstitutu bu məsələləri tətqiq etmir. Ona görə də, istehlakçılar məhsulu alan zaman onun yararlıq müddətinə, tərkibinə diqqət etsələr daha yaxşı olar. Müvafiq işlərə nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antinishar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. İnsanlar problemlə üzləşdikdə 195 Çağrı Mərkəzinə zəng vuraraq məlumat verməlidirlər”.

 

0.026425123214722