Baş nazirin ərinin Rusiyada biznesi olduğu ortaya çıxdı - QALMAQAL

Baş nazirin ərinin Rusiyada biznesi olduğu ortaya çıxdı - QALMAQAL
 

Estoniyanın baş naziri Kaya Kallasla bağlı qalmaqal ölkə gündəmini zəbt edib.

Paralel.az xəbər verir ki, onun həyat yoldaşının Rusiyada biznesi olduğu ortaya çıxıb.

Yerli medianın xəbərinə görə, baş nazirin həyat yoldaşı Ukrayna savaşı başladıqdan sonra “Metaprint” adlı bir şirkətə Rusiyada biznesini genişləndirməyə kömək edibmiş. Şirkət, hətta 2022-ci ilin fevralın 24-dən sonra 30 milyon avro pul qazanıb.

Kallas ərinin işi haqqında heç nə bilmədiyini deməklə kifayətlənib. Bu arada jurnalistlər onun ən azı üç dəfə bu müəssisəyə getdiyini və ona 340 min avro kredit ayırdığını öyrəniblər. Həyat yoldaşı isə əksinə, Metaprint-ə Rusiya Federasiyasındakı fəaliyyətini məhdudlaşdırmağa kömək etdiyini deyib. Maraqlıdır ki, baş nazirin ərinin bu əməkdaşlıqdan təxminən 1,5 milyon avro qazandığı ortaya çıxıb. İndi Estoniya müxalifəti baş naziri istefaya çağırır.

Kaya Kallas Rusiyaya qarşı sərt bəyanatları ilə tanınan siyasətçi olub. Vaxtilə o, ruslar üçün Avropaya səyahət imkanının hüquq deyil, “imtiyaz” olduğunu deməklə böyük hay-küy doğrumuşdu.

 

0.016891002655029