İsveçdə məscid qulluqçularına yandırılmış Quranlar göndərilib

İsveçdə məscid qulluqçularına yandırılmış Quranlar göndərilib
 

Stokholmdan 70 km şimalda yerləşən Uppsala şəhərindəki məscidin ruhaniləri yandırılmış Quranları poçt vasitəsilə qəbul ediblər.

Paralel.az xəbər verir ki, bu barədə "Sveriges" radiostansiyası məlumat yayıb.

“Bir neçə yarım yandırılmış Qurani-Kərim Uppsaladakı məscidə, bir neçəsi isə administrasiyaya göndərilib.

Daha bir neçə müqəddəs kitab isə ev ünvanlarına göndərilib”, - Uppsala Məscidi Müsəlmanları Birliyinin sədri Yaser Əbu Ceyşe bildirib.

“Binada müşahidə kameraları var. Məscidin içərisində altı, çöldə isə altı-yeddi kameramız var”, - Yasir Əbu Ceyşə qeyd edib.

Bu yay İsveçdə bir sıra Quran yandırma aksiyaları baş verib və bu, krallıq əhalisinin və müsəlman ölkələrinin son dərəcə mənfi reaksiyasına səbəb olub. Polis bu cür hərəkətlər üçün bir sıra yeni müraciətləri nəzərdən keçirir. Keçən həftə təhlükəsizlik polisi İsveçdə terror təhlükəsi səviyyəsini maksimuma qaldırdı.

 

0.024126052856445