Rumıniyada yanacaqdoldurma məntəqəsində partlayış baş verib - VİDEO

Rumıniyada yanacaqdoldurma məntəqəsində partlayış baş verib - VİDEO
 

Rumıniyanın Dimbovita qraflığının Krevedia kəndində yanacaqdoldurma məntəqəsində ardıcıl iki partlayış nəticəsində azı bir nəfər ölüb, 33 nəfər yaralanıb.

Paralel.az xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.

Səhiyyə naziri Aleksandru Rafilin sözlərinə görə, 7 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin fövqəladə hallar departamentinin rəhbəri Raed Ərafat bildirib ki, təxminən iki saat sonra ikinci partlayış baş verib və nəticədə 26 yanğınsöndürən yaralanıb. O əlavə edib ki, yeni partlayışlar təhlükəsi qalmaqdadır.

Hakimiyyət orqanları təxminən 300 m radiusda əhalini təxliyə edib və Buxarest istiqamətində güclü tüstünün yayıldığı barədə xəbərdarlıq edib.

Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.

 

0.016605138778687