İlham Əliyevdən Cansu Bektaşa özəl hədiyyə

İlham Əliyevdən Cansu Bektaşa özəl hədiyyə
 

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qazandığı qızıl medalı Azərbaycana həsr edən Cansu Bektaşa medalın xüsusi hazırlanmış surətini hədiyyə edib.

Paralel.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, Azərbaycanın Ankaradakı səfirliyində keçirilən medalların təqdimat mərasimində Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tələt Ünlü, vitse-prezidentlər İlkər Özkan və Yasin Arslan, milli komandanın məşqçisi Fərhad Coşkun və Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında 3 qızıl medal qazanan Cansu Bektaş iştirak edib.

405576

 

0.018255949020386