Qvardiola: "Ronaldo vəziyyəti dəyişdi, hamı xəbərdar olmalıdır"

Qvardiola:
 

“Səudiyyə Ərəbistanı bazarı dəyişdi. Bir neçə ay əvvəl Kriştianu Ronaldo gedəndə heç kim bu qədər yüksək səviyyəli, ulduz oyunçuların bu liqada oynayacağını düşünmürdü. Məncə, yaxın gələcəkdə bu hal daha çox olacaq. Buna görə də klublar baş verənlərdən xəbərdar olmalıdırlar”.

Paralel.az xəbər verir ki, bu sözləri ispaniyalı keçmiş futbolçu və Mançester Siti futbol klubunun baş məşqçisi Pep Qvardiola söyləyib.

"Hamı Səudiyyə Ərəbistanından şikayətlənir, amma Səudiyyə Ərəbistanı qapını döyəndə, bütün klublar qapını açır. Səudiyyə Ərəbistanı klubları nəinki bəzi oyunçulara bazar dəyərindən yüksək transfer haqqı ödəyir, həm də həddindən artıq məvacib təklif edirlər”, - deyə o əlavə edib.

Qeyd edək ki, Ronaldo “Əl-Nassr”da ildə 177 milyon funt sterlinq (təx. 379 621 458 AZN) qazanır.

 

0.017251014709473