Dövlət Xidmətinin kargüzarı vətəndaşları niyə rüşvətə təhrik edib?

Dövlət Xidmətinin kargüzarı vətəndaşları niyə rüşvətə təhrik edib?
 

Lənkəran Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətə təhrik etməkdə təqsirləndirilən İlhamə Səmədovanın (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

İttihama görə, 1980-ci il təvəllüdlü İlhamə Səmədova Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində kargüzar vəzifəsində işləyib. O, 01 mart 2021-ci ildə Goranboy rayonunun Meşəli kənd sakini, zərərçəkmiş V.Ə.-nin (şərti) əlillik dərəcəsinə görə aldığı pensiyanın kəsilməsindən sonra bərpa etdirəcəyi vədini verib. İlhamə bu yolla ondan 2750 manat pul alıb. Bundan başqa, o, Ağcabədi rayonu, Taxtakörpü qəsəbə sakini, zərərçəkmiş S.S.-nin əlillik dərəcəsinə görə aldığı pensiyanın kəsilməsindən sonra bərpa etdirəcəyi vədini verərək ondan 3500 manat pulu alıb.

 

0.02973198890686