Hindistandan ilk: Kosmik gəmi Ayın az tədqiq edilmiş cənub qütbünə endi - VİDEO

Hindistandan ilk: Kosmik gəmi Ayın az tədqiq edilmiş cənub qütbünə endi - VİDEO
 

Hindistanın “Chandrayaan-3” kosmik gəmisi Ayın az tədqiq edilmiş cənub qütbünə enib. 

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, missiyanın başa çatması ilə Hindistan Ayın bu hissəsinə enən ilk ölkə olub.

Bu nailiyyətlə Hindistan Aya yumşaq eniş edən dördüncü ölkədir. 

“Chandrayaan-3”ün məqsədlərindən biri su əsaslı buzları kəşf etməkdir ki, bu da alimlərin fikrincə, gələcəkdə Ayda insanların məskunlaşmasına kömək edə bilər. 

“Chandrayaan-3”ün Hindistanın əvvəlki Ay missiyalarının uğurlarına əsaslandığını və bəzi "çox vacib" elmi kəşflərə kömək edəcəyi söylənilir. 

Xatırladaq ki, 2008-ci ildə ölkənin ilk Ay missiyası olan “Chandrayaan-1” Ayın çox quru səthində su molekullarının olduğunu və Ayın gündüzləri atmosferə malik olduğunu aşkar edib.

Daha əvvəl ABŞ, Sovet İttifaqı və Çin Aya yumşaq eniş ediblər. Lakin bu ölkələrin hamısı ekvator xəttinə yaxın enmişdilər.

Rusiyanın isə bir neçə gün əvvəl eyni məqsədli kosmik səyahəti uğursuz olub.

 

0.018667936325073