Ukrayna Rusiyanın taxıl zavodlarını hədəfə aldığını açıqladı

Ukrayna Rusiyanın taxıl zavodlarını hədəfə aldığını açıqladı
 

Rusiya Odessa vilayətinə gecə saatlarında 3 saat ərzində pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirib.

Paralel.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabında açıqlama verib. 

Belə ki, hücumda taxıl anbarlarının zədələndiyi bildirilib. 

Kiper Ukrayna hava hücumundan müdafiə qüvvələrinin 9 “Şahed” tipli PUA-nı məhv etdiyini qeyd edib. 

"Təəssüf ki, taxıl anbarlarına, istehsal və yükləmə obyektlərinə ziyan dəyib, 700 kvadratmetr sahədə yanğın baş verib. Yanğın səhər saatlarından etibarən nəzarətə götürülüb”. 

Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin də sosial media hesabında rus əsgərlərinin səhər saatlarında Xersonda uşaq bağçası və yaşayış evlərinə 2 idarə olunan raket atdığını, hücumda 6 nəfərin yaralandığını bildirib. 

Ukrayna Baş Qərargahından verilən açıqlamada Rusiyanın bir gündə Ukrayna ərazisinə 4 raket və 58 hava hücumu təşkil etdiyi bildirilib.

 

 

0.020763874053955