ABŞ-yə qeyri-qanuni yollarla keçən immiqrantların sayı artmaqdadır

ABŞ-yə qeyri-qanuni yollarla keçən immiqrantların sayı artmaqdadır
 

ABŞ-nin Arizona ştatının sərhəd bölgələrində açıq qalan 114 bənd qapısından minlərlə immiqrant ölkəyə daxil olur.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Arizonadakı bəndlərdən qeyri-qanuni yollarla keçən immiqrantların sayı 42 500-ü keçib.

Belə ki, Arizonada musson mövsümündə nəsli kəsilməkdə olan antilop növlərinin keçişinə icazə vermək və sellərin qurudulmasına kömək etmək üçün bəndlər açıq qalır. Bu da ölkəyə qeyri-qanuni yollarla daxil olmaq istəyən mühacirlərin “cəzbedici” nöqtəsinə çevrilib.

Sərhədi bənd qapılarından keçən Ekvadorlu mühacir agentlərin nəsə deyəcəyini düşündüklərini, lakin heçnə demədiklərini bildirib.

Xatırladaq ki, təxminən iki ay əvvəl əyalət hökuməti musson mövsümündə bənd qapılarını açmağa qərar verib.

 

 

0.012941122055054