Afrika Birliyi Nigerin təşkilatdakı fəaliyyətini dayandırıb

Afrika Birliyi Nigerin təşkilatdakı fəaliyyətini dayandırıb
 

Afrika Birliyinin (AB) Sülh və Təhlükəsizlik Şurası Nigerin təşkilatdakı fəaliyyətini dayandırmaq qərarına gəlib.

Paralel.az xəbər verir ki, qərar avqustun 22-dən qüvvəyə minir.

AB Sülh və Təhlükəsizlik Şurası Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) Nigerdə qarşıdurmanın ​​sülh yolu ilə nizamlanması səylərini dəstəklədiyini bəyan edib.
Eyni zamanda, təşkilatdan vurğulanıb ki, onlar Nigerə hərbi müdaxilə üçün ECOWAS qüvvələrindən istifadənin nəticələrini götür-qoy edirlər.

 

0.03404688835144